Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli oldu

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, reytinq sıralamasının birinci pilləsində 801 xalla dünya çempionatının bürünc, Avropa çempionatının üçqat bürünc, beşinci İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası yer alıb.

İkinci pillədə 772 xalla bədii gimnastika üzrə dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, beşinci İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb.

Beşinci İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastı İvan Tixonov 435 xalla üçüncü pillədədir. Beşinci İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Nikita Simonov isə 368 xalla 4-cü yeri tutub.

İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandasının üzvləri 365 xalla 5-ci pillədə yer alıb.

Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button