Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Komanda.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-i aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button