
Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.
Komanda.az xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda “Abşeron” 3:0 hesablı qələbəyə sevinib.
Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında keçiriləcək.
Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



