“Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”
21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn millisinin baş məşqçisi Mixael Stoklasa Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:
- 90 dəqiqə sonunda deyə bilərəm ki, Azərbaycanın çox şansı oldu. Amma bizim də şanslarımız vardı. Heç-heçə də edə bilərdik.
- İlk oyunla bu matç arasında fərq vardımı?
- Bu gün Azərbaycan millisi daha ehtiyatlı oldu ki, qol buraxmasın. İlk oyunda üstünlük bizdə idi və qələbə də qazandıq.
- 23 il əvvəl də milli komanda ilə Bakıya gəlmişdiz. İndi Azərbaycan futbolunda nə dəyişib?
- Böyük fərq var. Hər iki ölkənin futbolu inkişaf edib. Azərbaycan 10 milyondur, biz 38 min. Bizim də uğurlarımız olub. Azərbaycanda potensiallı futbolçular var və daha yaxşı olacaqlar. Lixtenşteyn kiçik ölkə olduğu üçün orda futbola hobbi kimi baxırlar. Bizdə daha çox incəsənətə meyl var. Biz burda daha böyük hesabla məğlub olsaydıq, böyük bir şey olmazdı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin