
Azərbaycan yığmasının üzvü koronavirusa yoluxdu, heyətdən çıxarıldı
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nərgiz Hacıyeva koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Hakkarigücü” klubunun üzvü olan Nərgiz Hacıyevanın Türkiyədə verdiyi COVID-19 testi pozitiv nəticələnib.
Bu üzdən də o, Azərbaycan milli komandasının oktyabrın 21-də səfərdə Monteneqro, oktyabrın 26-da isə Bakıda Malta komandalarına qarşı oyunlar üçün açıqlanmış heyətindən çıxarılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin