
Azərbaycan yığmasının oyunlarının vaxtı məlum olub
Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa superfinalının təqvimi müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı məlum olub.
Milli sentyabrın 19-da, saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək.
Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin