Azərbaycan yığmasının Kislovodsk toplanışı davam edir – VİDEO
Sərbəst güləş üzrə yığmamız Rusiyanın kurort şəhəri Kislovodskda təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, fevralın 14-dən qonşu ölkədə hazırlıq keçən millimiz gündə 3 dəfə məşqə çıxır.
15 günlük toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Yüklənmə fonunda məşqləri davam etdirən güləşçilərimiz həftədə 2 dəfə xalça üzərində də hazırlıq keçir.
Xatırladaq ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun sərəncamında 16 güləşçi var. Nümayəndə heyətinə AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin