Azərbaycan yığmasının hücumçusu İran klubu ilə müqavilə bağladı

Geridə qalan mövsüm bitən kimi “Sumqayıt”la yollarını ayıran Əli Qurbaninin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan hücumçu İranın “Fulad” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qurbani 2020-ci ilin avqustundan “Sumqayıt”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button