Azərbaycan yığması yenə məğlub oldu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy”də növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, yığma Bolqarıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin