Azərbaycan yığması son görüşündə də uduzdu
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün son oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşıb.
Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni uğursuzluğa düçar olub. Gürcüstan komandası hər üç setdə yığmamızdan güclü olub – 3:0 (25:11, 25:9, 25:12).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin