
Azərbaycan yığması Qazaxıstana yollandı
Yunan-Roma güləşi üzrə gənclərdən (U-20) ibarət milli Qazaxıstana yollanıb.
Komanda.az xəbər verir ki, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.
Komandamız hazırlıq prosesini başa vurduqdan sonra 11-13 martda Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin