Azərbaycan yığması penaltilərlə sevindi
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycanın U-17 yığması ikinci yoxlama görüşünü keçirib.
Komanda.az xəbər verir ki, Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.
Bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin