Azərbaycan yığması Lüksemburqa da uduzdu
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşıb.
Estoniyada baş tutan görüş rəqibin qələbəsi ilə bitib – 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11).
Qeyd edək ki, kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin