“Azərbaycan yığması ilə matç bizim üçün çətin olacaq” – Haraldsson

Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun İslandiya millisi üçün çətin olacaq.

Komanda.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Hakon Arnar Haraldsson mətbuat konfransında deyib.

Kapitan Azərbaycan komandasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Rəqib artıq gücünü artırıb. Sabah bizi çətin matç gözləyir. Düşünürəm ki, meydanda gərgin mübarizə gedəcək”.

Azərbaycan – İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button