
Azərbaycan yığması bu gün seçmə mərhələdə son matçına çıxır
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci raundunda bu gün sonuncu oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, millimiz Albaniyada təşkil edilən qrup mərhələsinin son oyununda Şotlandiyadan olan yaşıdları ilə üz-üzə gələcək.
Saat 17:30-da başlayacaq oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Lizzi Van Der Helm (Niderland)
Baş hakimin köməkçiləri: Aniek Zvaan (Niderland), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Kejsi Tafili (Albaniya).
Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki oyunlarında Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin