Azərbaycan yığması Avropa üçüncüsü oldu
Estoniyanın Rakvere şəhərində yeniyetmələr arasında sumo üzrə Avropa birinciliyi başa çatıb.
Komanda.az xəbər verir ki, yarışda Azərbaycan yığmasının 10 üzvündən 7-si mükafatçılar sırasında yer alıb.
Kiçik yeniyetmələrin (16 yaşa qədər) yarışında Rüfət Quliyev (65 kq) gümüş, Nuhan Müzəffərov (50 kq) və İman Babayev (75 kq) isə bürünc medal qazanıblar.
Böyük yeniyetmələr (18 yaşadək) arasında isə Veys Nəbiyev (55 kq), Vəlirza Vəliyev (60 kq) və Ramazan Bəxtiyarov (100 kq) gümüş, Arif Şıxbabayev (100 kq) isə bürünc medala layiq görülüblər.
İdmançılarımız (Arif Şıxbabayev, Xəlil Murzayev, Nihad Məmmədzadə, İman Babayev) komanda yarışında isə çempionatın bürünc mükafatçısı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin