Azərbaycan yığması Avropa ikincisi oldu
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb.
Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.
Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk 3-lüy-ü 95 xal yığan Gürcüstan qapayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin