Azərbaycan yığması Avropa 4-cüsü oldu
Qadınlardan ibarət Azərbaycan yığması güləş üzrə Avropa çempionatını uğurla başa vurub.
Komanda.az xəbər verir ki, yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb.
Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub.
Yığmamız yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb. Millimizin Buxarestə kapitan Mariya Stadnik olmadan yollandığını nəzərə alsaq, bu nəticəni uğurlu saya bilərik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin