
Azərbaycan yığması Almaniyaya da uduzdu
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, yığmamız 4-cü turda Almaniya ilə qarşılaşıb.
Görüş komandamızın 8:12 hesablı məğlubiyyəti ilə başa çatıb.
Seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin