Azərbaycan yığması AÇ-nin əsas seçmə mərhələsinə heç-heçə ilə başladı

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsindəki ilk oyununda İsveçlə heç-heçə edib.

Komanda.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında reallaşan matçda 3:3 hesablı bərabərliyə razılaşıb.

Yığmamızın heyətində Oktay Rüstəmli (2, 40) və Xəzər Ağalızadə (23) fərqləniblər.

Skandinaviyalılar qrupdakı ilk matçda Yunanıstana uduzublar – 1:4.

Yığmamız 5-ci qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button