Azərbaycan yığmalarında oynamış futbolçulara gözlənilən cəza

Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Cəzalanmasına səbəb futbolçunun mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Mert Çelik Azərbaycanda “Neftçi” və “Səbail”də çıxış edib.

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar da futboldan uzaqlaşdırıblar. Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.

Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button