Azərbaycan yığmaları Avropa kubokunda bu heyətlə mübarizə aparacaq

7-8 mayda Azərbaycanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət cüdo yığmaları beynəlxalq turnirlərdə iştirak edəcək.

Komanda.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında Avropa kuboku keçiriləcək. Turnirdə dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar. 2 gün davam edəcək yarışda Azərbaycan millisi qadınların mübarizəsində 6 idmançı ilə qüvvəsini sınayacaq.

Ölkəmizin turnirdə təmsil olunacağı komandaya məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək. Komandamız Sarayevoda bu cüdoçularla mübarizə aparacaq:

-63 kq
Aytac Qardaşxanlı
Nərgiz Hacıyeva
Diana Şoranova

-70 kq
Südabə Ağayeva
Günel Həsənli

-78 kq
Aytəkin Paşazadə

Fransanın Nanterre şəhərində gənclər arasında keçiriləcək Avropa Kubokunda 16 ölkədən 315 idmançı mükafatlar uğrunda mübarizə aparacaq. Ölkəmiz turnirdə 15 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycanı turnirdə gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədovun rəhbərlik etdiyi heyət təmsil edəcək.
Komandanın üzvlərini sizə təqdim edirik:

-60 kq
Nurlan Kərimli
Turan Bayramov

-66 kq
Qasım Vəlizadə
Elvin Bağırov

-73 kq
Məmmədrza Hacızadə
Qədir Hüseynov
Vüsal Qələndərzadə
Ömər Qarayev

-81 kq
Ömər Rəcəbli
İsmayıl Zamanov

-90 kq
Nihad Şıxəlizadə
Vüqar Talıbov

-100 kq
Ruslan Nəsirli
Sabir İsayev

+100 kq
Kənan Nəsibov
Hüseyn Məmmədov

Rumıniyanın paytaxtı Buxarest şəhərində də yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Dünyanın 25 ölkəsindən 363 idmançı medallar uğrunda mübarizə aparacaq.

Buxarestdə baş tutacaq yarışda 20 idmançımız iştirak edəcək. Baş məşqçi Rüstəm Alimlinin rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli yığma komandanın yarışda ölkəmizi təmsil edəcək üzvləri bunlardır:

-50 kq
Məhəmməd Məmişov
Xalid Məmmədov

-55 kq
Məhəmməd Musayev
Şahin Oruczadə
Nicat Süleymanlı

-60 kq
Fikrət Nəcəfov
-66 kq
Əbil Yusubov
Nicat Nağıyev
Mehdi Cəfərov
Nihad Qaracayev

-73 kq
Süleyman Əliyev
Əli Hacızadə
Nahid Tarquliyev

-90 kq
Fərid Niyazov
Tamerlan Cabbarov

+90 kq
Ramazan Əhmədov

Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Komandamızın üzvləri:

-44 kq
Xumar Qasımzadə

-52 kq
Vüsalə Hacıyeva

-57 kq
Fidan Əlizadə

+70 kq
Nigar Süleymanova

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button