Azərbaycan və Türkiyənin şahmat federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) Türkiyə Şahmat Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə AŞF-nin prezidenti Mahir Məmmədov, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç iştirak ediblər.

Anlaşmaya əsasən, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək.

Milli komandaların birgə hazırlıqlarda iştirakı, hakimlərin təlim-məşq toplanışları və s. nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button