
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyuna təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
Bu barədə Komanda.az-a AVF-dən məlumat verilib.
Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə – İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


