Azərbaycan üzgüçüsü növbəti dəfə dünya çempionatının finalına yüksəlib

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti dəfə finala yüksəlib.

Komanda.az xəbər verir ki, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.78 saniyə nəticə göstərib.

Final yarışı bu gün, saat 21:30-da başlayacaq.

Roman Saley dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, eyni məsafəni butterflyay üsulu ilə üzməkdə isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button