Azərbaycan üzgüçüləri Çexiyada 17 medal qazanıb

Azərbaycan üzgüçüləri Çexiyada dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava qran-prisində 17 medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, idmançılar 2 qızıl, 8 gümüş və 7 bürünc mükafata sahib çıxıblar.

Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə 1 qızıl, 2 gümüş, Əbdürrəhman Rüstəmov 2 gümüş, 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov 2 bürünc medal əldə edib.

Turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button