Azərbaycan təmsilçisinin DÇ-dəki ilk rəqibi bəlli oldu

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo 12-19 dekabrda İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Artıq Dviçayonun kişilərin şəxsi yarışındakı ilk rəqibi də məlumdur. Edi 1/32 finalda Türkiyə badmintonçusu Emre Lale ilə qarşılaşacaq.

Sonda onu da qeyd edək ki, Azərbaycan badmintonu tarixində ilk dəfə dünya çempionatında təmsil olunacağıq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button