Azərbaycan təmsilçisi dünya kubokunda mübarizə aparacaq
İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kubokunda Azərbaycanı “Land of Fire” komandası təmsil edir.
Komanda.az xəbər verir ki, 6 komandanın qatıldığı nüfuzlu turnir bu gün başlayacaq.
Yanvarın 26-da yarışqabağı ABŞ-ın “World Polo League” kollektivi ilə yoldaşlıq oyunu keçirən “Land of Fire” dünya kubokunda ilk mübarizəsində “Flexjet”lə qarşılaşacaq.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkənin tarixi və mədəniyyəti təqdim olunur. Azərbaycan guşəsində milli mətbəxin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara, yarış iştirakçılarına sərgilənir.
Turnir yanvarın 29-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin