Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi olub

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən 3-cü Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.

Komanda.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə təşkil olunan yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb.

Azərbaycan 5 idman növündə təmsil olunaraq, fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb.

Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.

Bununla da, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq, Universiadanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button