Azərbaycan taekvondoçusu Türkiyədə qızıl medal qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub.

Komanda.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda Azərbaycan himnini səsləndirib.

1/16 final mərhələsindən mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərərində inamlı qələbə qazanan milli üzvü çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button