Azərbaycan taekvondoçuları Qətərdə 5 medal qazanıblar

Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.

Komanda.az xəbər verir ki, idmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə 1 gümüş, 4 bürünc mükafata sahib olublar.

Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button