![](https://komanda.az/wp-content/uploads/2023/06/milletler-liqasi.jpg)
Azərbaycan – Slovakiya matçının hakimləri açıqlanıb
Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun oyununa norveçli hakimlər təyinat alıblar.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı FİFA referisi Rosit Saqqi idarə edəcək. Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin