Azərbaycan – Slovakiya matçı litvalıya tapşırıldı
Azərbaycan və Slovakiya yığma komandaları arasında Bakıda keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü tur oyunu üçün təyinatlar açıqlanıb.
Komanda.az xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Donatas Rumsasa Aleksandr Radius və Dovidas Sujidelis laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.
İyunun 10-da “Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin