Azərbaycan – Şimali İrlandiya matçının hakimləri açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək oyunu bolqarıstanlı Georgi Davidov idarə edəcək.
Georgi Doynov və Miroslav Maksimov köməkçi hakim, Kristian Kolev isə dördüncü hakim kimi meydana çıxacaqlar. Onların işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. Belaruslu Sergey İlyiç isə UEFA nümayəndəsi olacaq.
Oktyabrın 12-də F qrupu çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin