Azərbaycanlı şahmatçılar növbəti görüşlərini keçirəcək

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində bu gün növbəti görüşlərini keçirəcəklər.

Komanda.az xəbər verir ki, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla qara, Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla üz-üzə gələcək.

Onlar ilk turda müvafiq olaraq Aryan Tari ilə və ABŞ-ı təmsil edən Uesli So ilə qarşılaşıblar. Məmmədyarov ilk qarşılaşmasında heç-heçə etsə də, daha sonra rəqibinə qalib gəlib. 37 yaşlı qrossmeyster hazırda 1,5 xalla 4-cü pillədə qərarlaşıb. Rəcəbov isə birinci duelində Soya məğlub olub. O, hazırda xalsız olan Laqravla birlikdə sonuncu pillələrdədir.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat) . Turnirdə 10 şahmatçı iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button