PFL 3 oyunu təxirə saldı – qara görə
Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan 1-ci divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.
Görüşlərin yeni vaxtı hələ məlum deyil.
Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin