Azərbaycan qılıncoynadanları Tunisdəki çıxışlarını bitiriblər
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisi Tunisdə keçirilən qran-pri turnirində çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta şəxsi yarışdakı ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub edib.
Təcrübəli idmançı ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa (14:15) uduzub.
Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü “64-lüy”ə yüksələn Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya qılıncoynadanı Rossella Qreqorioya 15:14 hesabı ilə qalib gəlib. O, növbəti görüşdə əsas mərhələdə milli komandamızın digər üzvü Palina Kaspiaroviçi mübarizədən kənarlaşdıran fransalı Sara Noutça yenilib – 11:15.
Sevil Bünyatova, Zərifə Hüseynova və Valeriya Bolşakova isə mübarizəni təsnifat mərhələsində dayandırıblar.
Bizi Facebook-da izləyin