Azərbaycan qılıncoynadanları AÇ-də medalsız qaldılar

Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, şpaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışını başa vurub.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Ruslan 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston Markus Salma 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 3 qələbə ilə bitirən Fərrux Səfərov isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Hadrien Favreyə 6:15 hesabı ilə məğlub olub.

Qrupda 2 qələbəsi olan Barat Quliyev pley-offda britaniyalı Billi Şepherdə 13:14 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button