Çempionlar Liqası: “Neftçi”nin potensial rəqibləri bilindi
Azərbaycan Premyer Liqasının son qalibi “Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” reytinqinin aşağı olması səbəbindən səpələnməmişlər sırasında yer alacaq.
Ermənistan təmsilçisi “Alaşkert” səpələnmişlər səbətində yer alsa da, “Neftçi”yə rəqib olmayacaq.
Çempionlar Liqasında 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.
Çemponlar Liqası, 1-ci təsnifat mərhələsi
Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Slovan” (Bratislava, Slovakiya), “Alaşkert” (Ermənistan), “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Linkoln” (Cəbəllütariq);
Səpələnməmişlər: “Riqa” (Latviya), HİK (Helsinki, Finlandiya), “Linfild” (Şimali İrlandiya), “Fola Eş” (Lüksemburq), “Şaxtyor” (Soliqorsk, Belarus), “Neftçi” (Azərbaycan), “Makkabi” (Hayfa, İsrail), “Konnas-Ki Nomads” (Uels), “Şemrok Rovers” (İrlandiya), “Valür” (İslandiya), “Bude Qlimt” (Norveç), “Mura” (Sloveniya), “Teuta” (Albaniya), İlkin mərhələnin qalibi, “Borars” (Banya-Luka, Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta).
Bizi Facebook-da izləyin