Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında keçiriləcək iki görüş bir dəqiqəlik sükutla start götürəcək.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçlarında Türkiyədə zəlzələ nəticəsində vəfat edənlər yad ediləcək.
Oyunlar müvafiq olaraq saat 14:00-da və 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin