Azərbaycan Premyer Liqasının “bəzəy”i braziliyalılardır
2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 245 futbolçu çıxış edib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Onlardan 141-i Azərbaycan vətəndaşı, 104-ü legioner olub.
Əcnəbilərdən ən çox Braziliyadan olanlar üstünlük təşkil edib. Cənubi Amerika təmsilçisindən 12 oyunçu Premyer Liqa klublarının formasını geyinib.
Fransa, Gürcüstan, Rusiya və Ukraynadan hərəyə 8, Nigeriyadan 6, Portuqaliya və Serbiyadan 5, İspaniyadan 4, Xorvatiya və İsraildən 3, Niderland, Qana, Şimali Makedoniya, Monteneqro, Belçika, Belarus və Albaniyadan 2, Almaniya, Argentina, Bolqarıstan, Böyük Britaniya, Burnika Faso, CAR, Mərkəzi Afrika Respublikası, Haiti, İordaniya, İran, Kamerun, Kolumbiya, Liberiya, Moldova, Panama, Paraqvay, Toqo, Türkiyə, Yaponiya və Yunanıstan hərəyə 1 futbolçu ilə təmsil edilib.
Bizi Facebook-da izləyin