50-ci oyun, ilk qol
Azərbaycan Premyer Liqasının 7-ci turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 50-ci oyun olub. 2016/17 mövsümündə “Zirə”də debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox oyun keçirən 13-cü futbolçudur.
Muradov “Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin “qartallar”da ümumilikdə 2-ci topudur. O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi.
Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, “Zirə”nin tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudur.
Bizi Facebook-da izləyin