Azərbaycan Premyer Liqası: mövsümdə ilk dəfə…
Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun “Qarabağ” – “Zirə” oyunu mövsümün ilki ilə əlamətdar olub.
Komanda.az xəbər verir ki, “Azersun Arena”dakı matçda vərəqə qeydə alınmayıb.
Baş hakim Kamal Umudlu 90 dəqiqə ərzində futbolçulardan heç birinə vərəqə göstərməyib. Bu, mövsümdə ilk belə hadisədir.
“Qarabağ” – “Zirə” matçı qolsuz bərabərliklə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin