
Azərbaycan Premyer Liqası: Püşkatma mərasiminin vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, mərasim 30 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 14:00-da başlayacaq.
Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin