Azərbaycan Premyer Liqası: Ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ölkə çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.
İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib.
İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”a qoşulub.
1 | Rahid Əmirquliyev | 451 |
2 | Mahmud Qurbanov | 421 |
3 | Rəşad Sadiqov | 392 |
4 | Azər Məmmədov | 388 |
5 | Aslan Kərimov | 382 |
6 | Rəşad Abdullayev | 378 |
7 | Elvin Məmmədov | 376 |
8 | Asif Məmmədov | 373 |
9 | Aqil Məmmədov | 363 |
10 | Vurğun Hüseynov | 362 |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin