
Azərbaycan Premyer Liqası: İlk turun oyun cədvəli açıqlanıb
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyun cədvəli məlum olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 1-ci turun açılış matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və son ölkə çempionu “Qarabağ” arasında keçiriləcək.
Tura Zirə İdman Kompleksində baş tutacaq “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 1-ci tur
2 avqust
20:00. Araz-Naxçıvan – Qarabağ
“Liv Bona Dea Arena”
3 avqust
18:30. Neftçi – Turan Tovuz
“Neftçi Arena”
20:45. Sumqayıt – Kəpəz
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
4 avqust
17:30. Şamaxı – Sabah
Şamaxı şəhər stadionu
20:00. Zirə – Səbail
Zirə İdman Kompleksinin stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin