
Azərbaycan paraüzgüçüsü Sinqapurda “gümüş” qazandı
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.
Bu barədə Komanda.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24:27 nəticə ilə ikinci yeri tutub.
Saley yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, ikinci gündə isə 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medal əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



