Azərbaycan parataekvondoçusu tarixə düşüb

Parataekvondoçu Sabir Zeynalov Azərbaycanın paralimpiya tarixinə düşüb.

Taekvondo Federasiyasından Komanda.az-a verilən məlumata görə, 58 kq çəkidə mübarizə aparan 19 yaşlı idmançı buna Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.

K44 kateqoriyasında mübarizə aparan Zeynalov paralimpiadanı bürünc medalla bitirib. Bunadək isə dördilliyin ən böyük yarışında heç bir Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. S.Zeynalov oyunlarda ilk dəfə mükafatçılar sırasına düşüb.

Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button