Azərbaycan para-üzgüçüsü Almaniyada “gümüş” qazanıb

Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Komanda.az-a verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrəyə arxasıüstə üsulu ilə üzmədə 01.01.09 nəticə göstərib.

29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub.

Dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button