“Azərbaycan məni təəccübləndirdi” – “Sumqayıt”ın yeni transferi

“Həm “Sumqayıt” klubu, həm də Azərbaycan məni müsbət mənada təəccübləndirdi”.

Komanda.az “esportenewsmundo” nəşrinə istinadən xəbər verir ki, bunu “Sumqayıt”ın qış fasiləsində Ukraynanın “Kolos” klubundan icarəyə götürdüyü braziliyalı futbolçu Dieqo Karioka deyib.

25 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri haqda danışıb:

“Sumqayıt”a uyğunlaşma dönəmim rahat keçdi. Rus dilini öncədən bilirdim. İngilis dilini bilməyim də uyğunlaşma prosesinə çox kömək oldu. Yaşadığım şəhər gözəl, insanlar sakitdirlər. Bura ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün klub mənə hər cür dəstəyi verdi”.

O, Premyer Liqanın 20-ci turunun “Turan Tovuz” matçını (2:1) şərh edib:

“Daha sakit və rahat şəkildə yola davam edə bilməyimiz üçün startda qələbə qazanmaq həmişə yaxşıdır. Qısa müddət əvvəl bura gəldiyimi nəzərə alsaq, meydana çıxmaq və qalib gəlmək çox vacib idi. Çünki “Sumqayıt”ın heyətində iştirak etmək üçün səbirsizlənirdim”.

“Turan Tovuz”la görüşün start heyətində meydana çıxan Dieqo Karioka 73 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button